Sərnişin daşımalarında iqtisadi səmərəliliyin artırılması, təsərrüfata çəkilən xərclərin azaldılması, sərnişinlərin rahatlığının təmin edilməsi və onlara göstərilən xidmət səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə sərnişin qatarlarında gələn aydan dəyişikliklər ediləcək.
AZXEBER.COM-un “Azərbaycan Dəmir Yolları”na istinadən verdiyi xəbərə görə, 1 dekabr 2013-cü ildən 662-661 №-li Bakı-Qazax-Bakı sərnişin qatarı ləğv edilərək 98-97 №-li Bakı-Ağstafa-Bakı sürət qatarının marşrutu Qazax stansiyasınadək uzadılacaq və “98-97 №-li Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarı” adlandırılacaq.Qatar 10 vaqondan ibarət olacaq və sərnişin axını olarsa, qatara əlavə fakultativ vaqonlar qoşulacaq.662-661 №-li Bakı-Qazax-Bakı sərnişin qatarı Bakıdan axırıncı dəfə 30 noyabr 2013-cü ildə, Qazaxdan geriyə isə 1 dekabr 2013-cü ildə yola düşəcək.Həmçinin 98-97 №-li Bakı-Ağstafa-Bakı sürət qatarı Bakıdan axırıncı dəfə 30 noyabr 2013-cü ildə, Ağstafadan geriyə isə 1 dekabr 2013-cü ildə yola düşəcək.98-97 №-li Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarı Bakı-sərnişin stansiyasından saat 22:05-də yola düşəcək və Qazaxa saat 09:40-da çatacaq. Qatar Qazaxdan 19:05-də yola düşəcək və Bakı-sərnişin stansiyasına saat 07:25-də çatacaq.Eyni zamanda 38-37 №-li Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarında sərnişin sıxlığının artırılması məqsədilə Bakı-Böyük Kəsik-Bakı sahəsində bu qatar üçün xüsusi yerli tarif tətbiq ediləcək.