Bakı-Quba yolunda dəhşət - 6 ölü və yaralılar var

Bakı-Quba yolunda dəhşət - 6 ölü və yaralılar var
SOSİAL
10:44 15.12.2022
315
Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşub, ölənlər və yaralılar var.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə Bakı-Quba yolunun 98-ci km-də, Sizyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mersedes Vita" markalı mikroavtobusla TIR toqquşub.

İkin məlumata görə, 6 nəfər ölüb, yaralılar var.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.
OXŞAR XƏBƏRLƏR