Bakı-Quba yolunda qəza: Türkiyə vətəndaşı həlak oldu

SOSİAL
11:39 23.08.2023
767
Bakı-Quba yolunda ağır qəza baş verib.

AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba ödənişli magistral yolunun 82 kilometrliyində baş verib.

Belə ki, 1965-ci il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı Maliki Ejder Yıldırım idarə etdiyi "Mitsubishi L200” avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb və sürücü hadisə yerində ölüb.

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb.

OXŞAR XƏBƏRLƏR