Bakı-Quba yolundakı dəhşətli qəza: iki nəfər ölüb, 4 nəfər xəsarət alıb

Bakı-Quba yolundakı dəhşətli qəza: iki nəfər ölüb, 4 nəfər xəsarət alıb
SOSİAL
10:22 15.06.2022
391
Bakı-Quba yolunda iki maşın toqquşub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə magistralın 78-ci km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb.

"Nissan” və "Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib. Onlar 1988-ci il təvəllüdlü Xalidə Xəlilzadə və 19 yaşlı Gülbəniz Qaçıyevadır. Qəza zamanı 4 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR