Türkiyənin cazibədar müğənnisi Hadisə yenidən Bakıya gəlir.
AZXEBER.COM-un məlumatına görə, Azərbaycanda kifayət qədər sevilən ifaçı yalnız bir gün – iyunun 23-də Bakıda qalacaq.Hadisə paytaxtda olan restoranlardan birində çıxış edəcək. O, konesrt proqramında repertuarında olan köhnə və yeni mahnılarını oxuyacaq.Qeyd edək ki, konsertin təşkilatçısı bəstəkar Gövhər Həsənzadənin rəhbərlik etdiyi “Gövhər group”dur.