Bakı şəhərində çoxmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyən şəxs xilas edilib.
Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, intihar etmək istəyən şəxs Bakı şəhər sakini, 1947-ci il təvəllüdlüİsrafil Nadir oğlu İsrafilovdur.
İ.İsrafilovun özünü atmaq istədiyi binadan ev alıb. Lakin həmin binanın tikinti işləri gec qurtardığına görə intihar etmək istəyib. İ.İsrafilov hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən xilas edilib.