16:28 Cümə Axşamı, 21 Fevral 2019
SİYASƏT

Bakı Şəhər İcra hakimiyyəti mitinqə icazə vermədi

15:50, 12.02.20194098
Bakı Şəhər İcra hakimiyyəti mitinqə icazə vermədi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ Komitəsinin (QK) fevralın 16-a təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.

AZXEBER.COM xəbər verir ki, BŞİH-də müraciətə baxılıb və Qarabağ Komitəsinin fevralın 16-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.

BŞİH aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib. Bununla bağlı təşkilatçılara məlumat verilib.

Qeyd edək ki, Qarabağ Komitəsi fevralın 16-da "Qarabağa azadlıq” şüarı ilə keçirmək istədiyi mitinqə icazə verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlamışdı.
XƏBƏR LENTİ