Bakı şəhərində daha bir Azercell Eksklüziv fəaliyyət göstərəcək

Bakı şəhərində daha bir Azercell Eksklüziv fəaliyyət göstərəcək
İQTİSADİYYAT
15:50 12.06.2018
4878

Abunəçilərinin rahatlığı və xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə Azercell Telekom paytaxt və regionlarda eksklüziv mağazalarının fəaliyyətini genişləndirir. Bu dəfə şirkət Bakı şəhəri Tbilisi prospekti, 44C ünvanında, "20 yanvar” metro stansiyasının yaxınlığında açılan yeni konsepsiyalı ofisini abunəçilərin ixtiyarına verib.


Xatırladaq ki, ən müasir avadanlıqla təchiz olunan mağazanın xüsusi özəlliyi ofisdə acıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Belə ki, burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər məsələlərdə isə müştərilərə peşəkar satış mütəxəssisləri dəstək olur. Bu mağazada da "izahlı qaimə” və "addan-ada” əməliyyatları istisna olmaqla, şirkətin əsas müştəri xidmətləri mərkəzlərində təqdim olunan bütün əməliyyatlar da icra olunur. Burada abunəçilər mobil texnologiyaları dəstəkləyən əlavə cihazlar, müxtəlif aksessuarlar əldə edə, mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Mağaza həftənin bütün günləri fasiləsiz olaraq səhər saat 9:00-dan axşam 19:00-a qədər abunəçilərə yüksək keyfiyyətli xidmət göstərməyə hazırdır. Onu da qeyd edək ki, açılış günündə Azercell Eksklüziv mağazasından alış-veriş edən müştərilər, xərclədikləri məbləğin düz 50% dəyərində hədiyyə qazanıblar.


Qeyd edək ki, ilin sonuna qədər Azercell Bakı və regionlarda yeni Eksklüziv mağazalarının sayını artırmağı planlaşdırır.


Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz


Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətd

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"İnsanlar heç vaxt dəyişmir" - Vüsalə
10:43 24.06.2025
"İnsanlar heç vaxt dəyişmir" - Vüsalə
Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır
10:39 24.06.2025
Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır
Dəmiryolu stansiyalarında turizm məlumat məntəqələri quraşdırılacaq
10:32 24.06.2025
Dəmiryolu stansiyalarında turizm məlumat məntəqələri quraşdırılacaq
“Hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə, bir o qədər yaxşı olacaq”
10:25 24.06.2025
“Hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə, bir o qədər yaxşı olacaq”
İsrailin hava zərbələrində İranın dövlət elektrik şirkətinin baş meneceri ölüb
10:18 24.06.2025
İsrailin hava zərbələrində İranın dövlət elektrik şirkətinin baş meneceri ölüb
DİM: İdmandan qabiliyyət imtahanları 4 normativ üzrə götürülür
10:17 24.06.2025
DİM: İdmandan qabiliyyət imtahanları 4 normativ üzrə götürülür
İlham Əliyev: Bu gün ölkəmiz dünya miqyasında sabitlik, inkişaf, tərəqqi məkanı kimi tanınır
10:14 24.06.2025
İlham Əliyev: Bu gün ölkəmiz dünya miqyasında sabitlik, inkişaf, tərəqqi məkanı kimi tanınır
"İnstaqram" dan yenilik - "20 dəqiqəlik "Reels" videoları"
10:13 24.06.2025
"İnstaqram" dan yenilik - "20 dəqiqəlik "Reels" videoları"
Dövlət başçısı: Bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir
10:04 24.06.2025
Dövlət başçısı: Bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir
İsrailin Gilana zərbəsi nəticəsində 9 nəfər mülki şəxs ölüb, 33 nəfər yaralanıb
10:02 24.06.2025
İsrailin Gilana zərbəsi nəticəsində 9 nəfər mülki şəxs ölüb, 33 nəfər yaralanıb
Bu rayonlara yağış yağıb - Faktiki hava
09:58 24.06.2025
Bu rayonlara yağış yağıb - Faktiki hava
Prezident: Son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar sıfırdan qurmuşuq
09:54 24.06.2025
Prezident: Son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar sıfırdan qurmuşuq
Azərbaycan nefti ucuzlaşıb
09:43 24.06.2025
Azərbaycan nefti ucuzlaşıb
Prezident:""8 Noyabr" Elektrik Stansiyası ölkəmizin enerji potensialını gücləndirəcək"
09:41 24.06.2025
Prezident:""8 Noyabr" Elektrik Stansiyası ölkəmizin enerji potensialını gücləndirəcək"
İlham Əliyev Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirak edir
09:36 24.06.2025
İlham Əliyev Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirak edir
İranla İsrail arasında atəşkəs qüvvəyə mindi
09:34 24.06.2025
İranla İsrail arasında atəşkəs qüvvəyə mindi