Azadlıq metrosunun yanında yarımçıq tikililərin birində partlayış olub.
AZXEBER.COM-un hadisə yerində olan müxbiri xəbər verir ki, partlayış nəticəsində yaxınlığdakı binalar da silkələyib
İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir
Binəqədi rayon yanğından mühafizə xidmətindən verilən məlumata görə isə, iki nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.
Fotoları təqdim edirik:Faiq Cahidoğlu

