"Bakı-Tiflis-Qars dəmir yolu ilə Azərbaycan iki qitəni birləşdirəcək"
İQTİSADİYYAT
20:00 25.04.2014
2104
"Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi nəticəsində Azərbaycan iki qitəni birləşdirəcək".Bunun Azərbaycan prezidenti İlham Əliyev özünün Twitter səhifəsində yazıb. Onun sözlərinə görə, Asiya ilə Avropanı birləşdirən ən rahat, qısa yol Azərbaycandan keçəcək."Bu gün Xəzər hövzəsində ən böyük beynəlxalq dəniz ticarət limanı da Azərbaycanda tikilir. Biz gələn il Ələt Beynəlxalq Dəniz Ticarət Limanının açılışını qeyd edəcəyik. Yeni yaradılan imkanlar, iqtisadi inkişaf, turizm zonaları, şəhərlərarası rabitənin rahatlığı, yük daşımalarının artımı, tranzit potensialımızın inkişafı - bütün bu amillər bizi həm siyasi, eyni zamanda, iqtisadi cəhətdən də gücləndirir. Biz coğrafi vəziyyətimizdən maksimum dərəcədə istifadə etməliyik ki, Azərbaycanı, o cümlədən regionu nəqliyyat mərkəzinə də çevirək. Azərbaycan dünya miqyasında nəqliyyat-logistika mərkəzi kimi öz rolunu bundan sonra da oynayacaq", deyə ölkə başçısı yazıb.