Bakı və Abşeronda oğurluq edən şəxslər saxlanıldı

Bakı və Abşeronda oğurluq edən şəxslər saxlanıldı
KRİMİNAL
15:29 03.12.2025
157
Paytaxtın Xətai rayonu ərazisində yerləşən mağazaların birindən 3150 manat oğurlanıb.
 
AZXEBER.COM xəbər verir ki, Xətai RPİ 35-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Z.Məmmədli və T.Cəfərli saxlanılıb.

Nizami rayonunda isə gecə saatlarında bir nəfərə məxsus moped və Xırdalan şəhərində marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən F.Hüseynli, Ö.Əhmədov, eləcə də R.Kərimov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR