Bakı və Sumqayıtda oğurluq edən şəxslər saxlanılıblar

Bakı və Sumqayıtda oğurluq edən şəxslər saxlanılıblar
KRİMİNAL
15:39 22.01.2026
231
Paytaxtın Sabunçu rayonunda evlərdən silsilə oğurluqlar edilib.
 
AZXEBER.COM xəbər verir ki, zərərçəkənlər polisə müraciət edərək mənzillərindən qızıl-zinət əşyaları və mobil telefonlarının talandığını bildiriblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər  məhkum olunmuş F.Bağırov müəyyən edilərək saxlanılıb.

Sumqayıtda isə müxtəlif markalı nəqliyyat vasitələrindən maqnitofon və səs gücləndirici oğurlamaqda şübhəli bilinən Ə.Babaşov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR