Bakıda 38 yaşlı kişi canına qıydı

Bakıda 38 yaşlı kişi canına qıydı
Bütün Xəbərlər
12:15 13.05.2015
900
Ötən gün axşam saatlarında Bakının Sabunçu rayonunda asılmış kişi meyiti tapılıb.
Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə axşam saat 21 radələrində Maştağa kəndində qeydə alınıb.
Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı ölən şəxsin Nizami küçəsi döngə 1, ev 2 ünvanında yaşayan 1977-ci il təvəllüdlü Eldar Sabir oğlu Məmmədzadə olduğu məlum olub.
Müayinə zamanı Eldar Məmmədzadənin özünü asdığı məlum olub. Onun yaxınları bildiriblər ki, mərhum uzun müddətdir xəstə olub. Bundan başqa, onun borcları da olub.
Hadisəni araşdıran Tahir Mirzəyevin ANS PRESS-ə verdiyi məlumata görə, intiharın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.
Faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR