‘Bakıda 8-9 bal gücündə zəlzələ ola bilər’ - VİDEO

‘Bakıda 8-9 bal gücündə zəlzələ ola bilər’ - VİDEO
Bütün Xəbərlər
00:10 12.02.2014
6816

Zəlzələ baş verərsə, qəzalı vəziyyətdə olan yaşayış binalarına girməmək tövsiyyə olunur

Bakının Bayıl, Qaradağ rayonu, Milli parka yaxın əraziləri, bir sözlə Xəzər dənizinə yaxın qəsəbə və rayonlar seysmik baxımdan aktiv zonalar hesab olunur. Bu isə o deməkdir ki, ən güclü zəlzələ ocaqlarının mövcud olduğu Xəzər dənizindəki xırda bir təkan, həmin ərazilərdəki yaşayış binalarına təsirsiz ötüşməyəcək.Respublika Seysmoloji xidmət mərkəzindən bildirirlər ki, bu gün paytaxt ərazisində baş verə biləcək zəlzələ 8-9 baldan yuxarı ola bilməz. Yəni yerin qurunt şəraitinə uyğun olaraq bu səviyyə artarsa ola bilər ki, Bakının müəyyən ərazisində ən çoxu 9 bal gücündə zəlzələ baş versin.Bütün bundar nəzərə alaraq köhnə və müasir binalarda seysmik təhlükəsizliyin təmin olunması üçün təkliflər planı hazırlanır.“Hündürmərtəbəli yaşayış binalarında seysmik davamlılığı müəyyən etmək üçün monitorinqlərin aparılması zəruri hesab edilir. Bunun üçünsə ilk növbədə Nəriman Nərimanov heykəli ətrafındakı yaşayış binalarında bu işin başlanması təklif olunur”.Ölkədəki seysmik təhlükəsizlik sistemi ilə bağlı dövlət proqramı üzərində çalışan AMEA-nın Kibernetika institutunun direktoru Telman Əliyev, həmin ərazidəki binaların bir neçəsində lokal sistemlərin quraşdırılmasını vacib hesab edir. Onun fikrincə, paytaxtdakı zəif zəlzələlərdən sonra monitorinqlər vasitəsi ilə hündür binaların seysmodayanıqlılığının dəyişməsini mümkün etmək olar. Burda isə əsas məqsəd zəlzələnin vura biləcəyi zərəri əvvəlcədən minimuma endirməkdir.Ekspertlər isə hesab edir ki, ölkədə 8-9 bal gücündə zəlzələ baş verərsə, o zaman köhnə binaların dağılmaq təhlükəsi yüksəkdir. Ona görə yox ki, onlar yaxşı inşa edilməyib, sadəcə ona görə ki, həmin binaların o zamankı seysmik göstəriciləri 6 balla qiymətləndirilib. Müasir tikililərdə körpülərdə yol qovşaqlarında seysmik göstəricinin 8-9 bala uyğun olduğunu deyən seysmoloji xidmət mərkəzinin şöbə müdiri Tahir Məmmədli yeni binaların zəlzələyə davamlı və təhlükəsiz olduğunu bildirdi. Ölkədəki zəlzələ ocaqlarının əvvəlcədən müəyyən etmək üçün seysmoloji xəritələr yaradıldığını, vaxtaşırı müxtəlif ərazilərdə monitorinq aparıldığın deyən şöbə müdiri ölkə ərazisindəki təhlükəli zəlzələ ocaqlarından da söz açdı.Şöbə müdiri, Telman Məmmədli: “Böyük və kiçik Qafqazın Azərbaycan hissəsində Şamaxı, İsmayıllıda 9 ballıq zəlzələ ola bilər. Yəni təhlükəli ərazilərdir. Mən düşünmürəm ki, zəlzələnin vaxtını əvvəlcədən demək mükün olsun, amma bu sahədə irəliləyişlər var ki, biz hansı ərahzilərdə yerləşən binaların 8-9 bala uyğun olduğunu üzə çıxara bilərik”.Ölkədə güclü zəlzələnin baş verə biləcəyini əvvəlcədən müəyyən etmək mümkün olmadığından istənilən təbiət hadisələrinə hazırlıqlı olmaq lazımdır. Zəlzələ baş verərsə, qəzalı vəziyyətdə olan yaşayış binalarına girməmək tövsiyyə olunur. Çünki zəlzələnin avtoşokları zədələnmiş binanı daha da silkələyib dağıda bilər. Ona görə də ehtiyatı əldən verməmək lazımdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik