Bakıda adam oğurlayan dəstə tutuldu - Bir girov azad edildi

SOSİAL
11:56 11.09.2019
10014
Bakı Şəhər Baş Polis İdarəsi, Xətai RPİ Cinayət-Axtarış Şöbəsi, Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi intensiv uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində adam oğurluğunda şübhəli bilinən dəstə ifşa olunaraq istintaqa verilib.

Bakı Şəhər Baş Polis İdarəsi Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Xətai rayon sakini H.Əsgərov sentyabrın 9-da paytaxt sakinləri – 1970-ci il təvəllüdlü A.Abbasovaya 25000 manat borcu olduğuna görə, onun sifarişi ilə 1985-ci il təvəllüdlü K.Kazımlı tərəfindən Bakıxanov qəsəbəsində yerləşən kafelərin birinə dəvət edilib. Əvvəllər məhkum olunan, kriminal aləmə meyilli, 1982-ci təvəllüdlü V.Allahverdiyev, Sumqayıt şəhər sakinləri – əvvəllər məhkum olunan 1988-ci il təvəllüdlü Ş.Hüseynov və 1992-ci il təvəllüdlü F.Eminoğlu tərəfindən məcburi qaydada, iradəsindən kənar avtomobilə əyləşdirərək A.Abbasovanın Pirşağı qəsəbəsində yerləşən bağ evinə aparıblar.

Onlar həmin ünvana daha sonra gələn Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1987-ci il təvəllüdlü N.Kazımlının iştirakı ilə H.Əsgərova müxtəlif dərəcəli bədən xəsarəti yetirərək 25000 manatın əvəzinə 30000 manat ödəməsini bildirərək işgəncə veriblər. Alınan pulun müqabilində A.Abbbasova həmin şəxslərə 10000 manat verəcəyini vəd edib.

Keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində V.Allahverdiyev, A.Abbasova, N.Kazımlı və onun həyat yoldaşı K.Kazımlı müəyyən olunaraq saxlanılıb, zərərçəkən H.Əsgərovun girov saxlandığı yerdən sağ-salamat azad olunub.

Faktla bağlı Xətai RPİ-nin İstintaq şöbəsində CM-nin 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələri ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:48 29.10.2020

“Xankəndi, Əsgəran, Ağdərə və Xocavəndin atəşə tutulması yalandır”

20:32 29.10.2020

DİN ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə müraciət edib

20:16 29.10.2020

“Ermənistan qeyri-humanistlik göstərərək 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib” - RƏSMİ

20:06 29.10.2020

Putin: “Qarabağ münaqişəsinin uzunmüddətli həlli üçün tərəflər arasında maraqlar balansı tapmaq lazımdır”

19:55 29.10.2020

MN sözçüsü: "Azərbaycan Ordusunun qarşısında bir hədəf var"

19:39 29.10.2020

“Erməni qriqoryan kilsəsi ölümə xeyir-dua verir” - Allahşükür Paşazadə

19:32 29.10.2020

"Düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı alınıb"

18:56 29.10.2020

Qarabağda darmadağın olan erməni ordusu qadınların ümidinə qalıb - VİDEO

18:47 29.10.2020

Bakıda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb

18:33 29.10.2020

“Qarabağ münaqişəsinin asan həll yolu yoxdur” - Putin

18:30 29.10.2020

Allahşükür Paşazadə Bərdədəki hərbi cinayətlə bağlı bəyanat yayıb

18:29 29.10.2020

Azərbaycan əqli mülkiyyətlə bağlı daha bir sazişə qoşuldu

18:22 29.10.2020

Prezident Vəng kəndinin adının Çinarlıya dəyişdirilməsini təsdiqləyib

18:19 29.10.2020

İşğaldan azad olunmuş ərazilərdə tibbi xidmətlər təşkil olunacaq

18:12 29.10.2020

İşğaldan azad olunmuş ərazilərdə rabitə şəbəkəsi qurulacaq

18:10 29.10.2020

Müvəqqəti komendantlıqlar nəzdində əməliyyat qərargahları yaradılıb