Bakıda ağır qəza baş verib, yaralananlar var

MARAQLI
02:03 28.10.2011
1656

ANS PRESS-in hadisə yerindəki əməkdaşının məlumatına görə, qəzada altı maşın iştirak edib. Avtobus eyni istiqamətdə hərəkət edən bir neçə maşını arxadan vurub və nəticədə zəngirvari qəza yaranıb. Hadisə şahidləri avtobus sürücüsünün sərxoş olduğunu bildirsələr də, bu məlumat rəsmən təsdiqlənməyib. Yol polisi əməkdaşlarının verdiyi məlumata görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlardan ikisinin xəsarəti daha ağır olub. 00.46 İlkin məlumatlara görə, qəzada iştirak edən avtobus 113 saylı marşrutla hərəkət etsə də, hadisə zamanı içərisində sərnişin olmayıb. Avtobus qaraja gedirmiş. 00.22 Bir qədər əvvəl Bakı-Sumqayıt şossesində ağır qəza baş verib. ANS PRESS-in məlumatına görə, Sumqayıt istiqamətində hərəkət zolağında dörd maşın toqquşub. Toqquşan avtomobillərdən biri avtobusdur, digər üçü isə minik maşınlarıdır. Hadisə nəticəsində yaralananların olduğu bildirilir. Əraziyə təcili tibbi yardım briqadaları cəlb edilib. Qəzanın təfərrüatları dəqiqləşdirilir.

OXŞAR XƏBƏRLƏR