Bakıda arvad xəyanəti, fərqli ər qəzəbi

Bakıda arvad xəyanəti, fərqli ər qəzəbi
Bütün Xəbərlər
10:17 12.05.2015
3617
Bakıda adətən qadın xəyanəti elə onun öz qanı ilə yuyulur. Bu dəfə isə xəyanətə məruz qaldığını düşünün ər özünə divan tutub.
Milli.Az xəbər verir ki, Suraxanı rayonunda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qəribə xilasetmə işi görüblər. Nazirliyə gecə saatlarında bir kişinin intihara cəhd etməsi ilə bağlı məlumat daxil olub.
Hadisə yerinə gələn xilasedicilər görüblər ki, Ramin Hüseynov adlı şəxs 9-cu mərtəbədə yaşadığı mənzildən özünü atmaq istəyir. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində R.Hüseynov fikrindən daşındırılıb.
Suraxanı Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, R.Hüseynov özünü öldürmək istəyini açıqlayıb. Deyib ki, arvadı ona xəyanət edir və onun bu hərəkəti onu həyatdan küsdürüb. Ruhi xəstə kimi qeydiyyatda olan R.Hüseynovun xəyanət şübhəsinin haradan yaranması isə açıqlanmır.
OXŞAR XƏBƏRLƏR