AZXEBER.COM-un Azərbaycan Respublikası Milli Karate Federasiyasına istinadən verdiyi məlumata görə, fevralın 10-dan 12-dək Bakıda yeniyetmə və gənc karateçilər arasında Avropa çempionatı keçiriləcək. Sayca 39-cu olacaq qitə birinciliyində 45 ölkə idmançılarının qatılacağı gözlənilir.Yarışın rəsmi açılış mərasimi fevralın 10-da saat 16:15-də Heydər Əliyev adına İdman-Konsert kompleksində keçiriləcək. Ölkəmizi Avropa çempionatında iki komandanın təmsil edəcəyi gözlənilir.