Bakıda avtobus dayanacağından asılmış meyit tapıldı

Bakıda avtobus dayanacağından asılmış meyit tapıldı
Bütün Xəbərlər
11:30 02.09.2013
4993

Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Albalı yaşayış massivində avtobus dayanacağından asılmış kişi meyit aşkarlanıb. aznews.az-ın əldə etdiyi məlumata görə, hadisə gecə saatlarında baş verib.  Məlum olub ki, asılan şəxs Mərdəkan sakini, 1956-cı il təvəllüdlü Nazim Səfərovdur.  Həmin şəxsin intihar etdiyi və ya başqaları tərəfindən asılması hələlik məlum deyil.  Faktı Xəzər Rayon Prokurorluğu da təsdiq edib. Bildirilib ki, bu hadisə ilə bağlı səhər saat 8 radələrində məlumat daxil olub. Ancaq hadisənin təfərrüatları bəlli deyil.  Qəsəbə sakinlərindən saytımıza verilən məlumata görə, həmin şəxsin intihar etməsi inandırıcı deyil.

OXŞAR XƏBƏRLƏR