Bakıda avtomobil oğruları tutuldu

KRİMİNAL
15:05 27.01.2014
1913

Bakıda avtomaşın qaçırmaqla məşğul olan dəstə üzvləri saxlanılıblar

AZXEBER.COM Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Suraxanı rayon Rolis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da Namiq Hüseynova məxsus "VAZ-2107" markalı avtomobili qaçırmış Bakı şəhər sakinləri Fərid Xasməmmədov, Etibar Həsənov, Məhəmməd Nəcəfov və Kənan Tağıyev saxlanılıblar.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların yanvarın 15-də Oruc Əliyevə məxsus "VAZ-2107" markalı avtomobili qaçırmaları da müəyyən edilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR