Bakı şəhərinin Suraxanı rayonunda "Hyundai" markalı minik avtomobilinin yanar hissələri yanıb.
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
----------
14:44
Bakıda avtomobil yolda yanıb.
Bakı Nəqliyyat Agentliyindən AZXEBER.COM-a verilən məlumata görə, hadisə bir qədər əvvəl Heydər Əliyev prospekti - Hava limanı avtomagistralında baş verib.
Magistralda hərəkətdə olan avtomobil qəfil alışıb. Bu səbəbdən hazırda qeyd edilən yolda (şəhər istiqamətində) sıxlıq müşahidə olunur.