Bakıda bacısını öldürən: "Ana, məni bağışlaya bilərsən?"

Bakıda bacısını öldürən: "Ana, məni bağışlaya bilərsən?"
SOSİAL
11:35 09.04.2016
2993
Dünən paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində qardaş öz bacısını qətlə yetirib.
Bu barədə rayon Polis İdarəsindən deyiblər.
Cinayət saat 16:30 radələrində Sabir küçəsində yeləşən 27 nömrəli evdə baş verib. Burada yaşayan 25 yaşlı Cavadov Seyidmirəli Seyidkamil oğlu ailəli olan böyük bacısı İzzət Cavadovaya çoxsaylı bıçaq zərbələri vurub. Aldığı zərbələrdən qadın hadisə yerində keçinib.
Bacı və qardaş arasındakı münaqişəyə qətlə yetirilənin əri, 1984-cü il təvəllüdlü Cavadov Vüsal Seyidrəhim oğlu müdaxilə edib, o, Seyidmirəli Cavadovun həm də əmisi oğludur.
Vüsal Cavadov arvadının öldürülməsinə mane olmağa çalışıb, amma müdaxilə etdiyi davada özü də sinəsindən yaralanıb və 3 saylı şəhər klinikasına (keçmiş Sabunçu) yatırılıb.
Məlumdur ki, bacı qatili törətdiyi əməldən sonra anasına yaxınlaşaraq ondan:
"Ana, məni bağışlayacaqsan?" - deyə soruşub anası isə cavabında: "Bağışlayıram" deyib. Daha sonra Cavadov polisə gələrək əməlini etiraf edib.
İlkin istintaq zamanı məlum olub ki, iki gün öncə iki azyaşlı uşağı olan İzzət Cavadova itkin düşüb. Qadın uşaqları sahibsiz qoyaraq evdən gedib.
Saxlanılan Cavadovun sözlərinə görə, bacısının ərinə xəyanət etməsindən şübhələnib. Axşam isə o tapılıb, özü ata evinə gəlib.
Bacısını astanada görən qardaşı onu ittiham etməyə başlayıb. Qadın özünə bəraət qazandırmağa çalışıb. Amma bu cəhdlər anladığınız kimi boşa çıxıb.
Cavadov istintaqa ailənin rüsvayçılığını qanla yuduğunu bildirib.
Bilərəkdən adam öldürmə faktı üzrə AR CM 120-ci maddəsi ilə cinayət işi açılıb.
///sputnik
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ürəyi xəstəliklərdən qoruyan ucuz məhsul AÇIQLANDI
17:29 07.06.2025
Ürəyi xəstəliklərdən qoruyan ucuz məhsul AÇIQLANDI
Ukraynada iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub
17:18 07.06.2025
Ukraynada iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub
Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır
16:55 07.06.2025
Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
16:27 07.06.2025
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
16:17 07.06.2025
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
16:03 07.06.2025
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
15:45 07.06.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
15:16 07.06.2025
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
15:09 07.06.2025
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb