Bakıda baş verən kütləvi davada 3 nəfər xəsarət alıb

Bakıda baş verən kütləvi davada 3 nəfər xəsarət alıb
Bütün Xəbərlər
12:34 12.11.2013
818
Bakıda baş verən kütləvi davada 3 nəfər xəsarət alıb. 
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə Qaradağ rayonunun Qızıldaş qəsəbəsində qeydə alınıb. Qobustan rayon sakini 25 yaşlı Vüqar Əzizov münaqişə zəminində bıçaqla Abşeron rayon sakinləri - 47 yaşlı Kamran Hüseynova və 22 yaşlı Şamil Bədəlova xəsarət yetirib. K. Hüseynov isə dəmir parçası ilə V. Əzizova xəsarət yetirib.

Hər üç şəxs xəstəxanaya yerləşdirilib. V. Əzizov və K. Hüseynovun vəziyyəti qənaətbəxş, Ş. Bədəlovun vəziyyəti isə ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.(APA)

OXŞAR XƏBƏRLƏR