Dünən Bakıdakı “Röya” şadlıq sarayında toy mərasimi keçirilən 1979-cu il təvəllüdlü Yusub öz toyuna gəlməyib. Belə ki, bu gün səhər saatlarında qohumlarının birindən gəlini gətirmək üçün maşın götürən Yusub, elə avtomobillə birgə yoxa çıxıb. Əldə etdiyimiz məlumata görə, bütün qohumlar bəyin axtarışına cəlb olunublar. Hətta gəlinin də bəyi axtardığı deyilir. Lakin telefonunu söndürən səbəbkarı “gördüm” deyən olmayıb. Yusubun yaxınlarının dediyinə görə, onun qaçma səbəbləri heç kəsə bəlli deyil. Bu evlilik sevgi əsasında baş tutduğundan bəyin öz toyuna gəlməməsi yaxınlarını şoka salıb. Qohumlar arasında bu hərəkətini ailəsinin yeganə oğlan övladı olduğundan Yusubun “ərköyünlüyü” kimi dəyərləndirənlər olsa da, bununla razılaşmayanlar daha çoxdur. Onların fikrincə, 35 yaşlı bəy ərköyünlük edəcək yaşda deyil. Yusub bir neçə gün öncədən bəy masasında oturmaq istəmədiyini bildirib. (AzNews.az)