Bakıda bıçaqlanan jurnalist haqqında şok məlumat

MARAQLI
23:10 02.12.2011
2465

k;Xəbər verdiyimiz kimi, “Reytinq” qəzetinin əməkdaşı Elşad Ümid bıçaqlanıb. “Simsar jurnalının “Reytinq” qəzetinin redaktoru Seymur Verdizaddən aldığı məlumata görə, qəzet rəhbərliyi E. Ümidlə görüşə bilib: “Biz Elşadla görüşdük, elə bir ciddi hadisə baş verməyib. Onun sifət nahiyəsi əzilib. Həkimlər tibbi yardım göstəriblər. Hadisənin harada və necə baş verdiyini isə xatırlamır. Biz ətraflı məlumat topladıqdan sonra mətbuat üçün açıqlama ilə çıxış edəcəyik”.

AZXEBER.COM portalı isə, hadisə ilə bağlı maraqlı  məlumatlar əldə edib. Belə ki, etibarlı mənbənin verdiyi məlumata görə, Elşad Ümid Avropa otelin yanında yerləşən “Tunel” adlı disko klubdan çıxarkən döyülüb. Əldə etdiyimiz məlumata görə, bu klub tanınmış aparıcı və şoumen Kemal Cenk İçtenindir. Məlumatda bildirilir ki, Elşad Ümid disko klubdan çıxdıqdan sonra döyülüb və onu səhər saatlarında yolun kənarından tapıblar. Mənbə qeyd edib ki, jurnalisti klubda olan şəxslərdən biri döyüb.

Hadisə ilə bağlı hüquq mühafizə orqanları araşdırmalar aparır.

OXŞAR XƏBƏRLƏR