Bakıda birinci kurs tələbəsi vəfat etdi

Bakıda birinci kurs tələbəsi vəfat etdi
SOSİAL
17:45 07.07.2026
699
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) birinci kurs tələbəsi Simay Hacıyeva qəfil vəfat edib.

AZXEBER.COM-un "Gencexeber"ə istinadən verdiyi məlumata görə, gənc tələbə ürək çatışmazlığından dünyasını dəyişib.

Mərhumun valideyninin verdiyi məlumata görə, Simay Hacıyevanın nəşi müvəqqəti olaraq Bakı şəhərində dəfn edilib. Növbəti mərhələdə nəşin doğulduğu Gəncə şəhərindəki qəbiristanlıqlardan birinə köçürülməsi nəzərdə tutulur.

Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR