19:32 çərşənbə, 19 Iyun 2019
DÜNYA

Bakıda böyük mağazası olan iş adamı və arvadı öz evində girov götürüldü

12:29, 20.05.20194239
Bakıda böyük mağazası olan iş adamı və arvadı öz evində girov götürüldü
Türkiyədə məşhur iş adamı "Sarar” Şirkətlər Qrupunun prezidenti Cəmaləddin Sararın evinə basqın edilib.

İş adamının Eskişehirdəki evinə basqın edən əli silahlı 3 maskalı şəxs əvvəlcə onun və həyat yoldaşı Zəhra Sararın əl-qolunu bağlayaraq girov götürüb. 

Dəstə üzvləri bundan sonra mənzildə olan kassadakı bütün pul və qızıl-zinət əşyalarını götürüb qaçıblar.

İş adamı polisə ifadəsində maskalı şəxslərin əcnəbi olduqlarını, Şərqi Avropa ölkələrinin dillərində danışdıqlarını bildirib. 

Basqınçılar əcnəbi olduğundan Türkiyə İnterpolu da əməliyyat-axtarış tədbirlərinə qoşulub. 

Qeyd edək ki, "Sarar”ın mağazalar zəncirinin Bakıda da mağazası var.
 
///baku.ws
 


XƏBƏR LENTİ