Bakıda "cip"lər belə toqquşdu - VİDEO

Bakıda "cip"lər belə toqquşdu - VİDEO
Bütün Xəbərlər
12:47 12.11.2013
4516

Bakıda "cip"lərin "sürət sevgisi" toqquşma ilə nəticələnib

Gecə saatlarında paytaxtın mərkəzindəki yolayrıcıların birində sürətlə hərəkət edən "cip" qaydanı pozaraq işıqforun qırmızı işığında hərəkətini davam etdirib və bu zaman sol tərəfdən gələn digər "cip"lə toqquşub. Qəza zamanı zərbənin təsirindən qaydanı pozan "cip" digərini 360 dərəcə yerində fırladıb.Həmin qəzanın video görüntüsünü təqdim edərək bir daha sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına əməl etməyə çağırır.

Qeyd edək ki, 2013-cü ilin əvvəlindən bu günə qədər Bakı şəhəri üzrə baş vermiş 870 yol-nəqliyyat hadisəsi nəticəsində 282 nəfər həlak olub, 891 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yol-nəqliyyat hadisələrinin 51 faizi avtomobillərin yüksək sürətlə idarə olunması, 23 faizi yolayrıcıları keçmə qaydalarının pozulması səbəbindən baş verib.(TREND)

OXŞAR XƏBƏRLƏR