12:58 Bazar Günü, 21 Iyul 2019
SOSİAL

Bakıda “Coca-Cola”nın qazanxanasında gözlənilməz hadisə - 3 nəfər xəsarət aldı

14:46, 30.05.20193942
Bakıda “Coca-Cola”nın qazanxanasında gözlənilməz hadisə - 3 nəfər xəsarət aldı
"Coca-Cola” şirkətinin 3 əməkdaşının üzərinə qaynar su tökülüb. 

AZXEBER.CPM ONA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən "Coca-Cola” şirkətinin qazanxanasında baş verib.

Qazanxanadakı avadanlıqlarda yaranan nasazlıq nəticəsində orada işləyən 1961-ci il təvəllüdlü Məmmədov Nazim Şəmməd oğlu, 1960-cı il təvəllüdlü Vəlixanov Həsən Qaraoğlan oğlu və 1980-cı il təvəllüdlü Məmmədov Pərviz Cəlal oğlu yanıq xəsarətləri alıblar.

Faktı şirkətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən təsdiqləyiblər. Şöbənin əməkdaşı Səlminaz Ələkbərova bildirib ki, mayın 29-u səhər saatlarında su prosessorlarına texniki nəzarət zamanı nasazlıq yaranıb və 3 əməkdaşın üzərinə qaynar su tökülüb.

XƏBƏR LENTİ