05:48 çərşənbə Axşamı, 23 Oktyabr 2018
SOSİAL

Bakıda daha bir avtobus qəzaya düşdü - 14 yaşlı uşağın boğazı kəsildi

17:13, 11.01.20184101
Bakıda daha bir avtobus qəzaya düşdü - 14 yaşlı uşağın boğazı kəsildi
Bakıda sərnişin avtobusu betonqarışdıran maşınla toqquşub.
 
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, Ramanada yerləşən Şuşa şəhərciyindən "Səkkizinci kilometr” bazarı istiqamətinə gedən 214 saylı sərnişin avtobusu metronun "Qara Qarayev” stansiyasının yaxınlığında qəzaya uğrayıb.

Sərnişinlərin sözlərinə görə, avtobusun sürücüsü dönmə əməliyyatı etmək istəyən betonqarışdıran maşına yol verməyib. Nəticədə betonqarışdıran maşın avtobusa çırpılıb.

Hadisə nəticəsində avtobusda olan bir neçə sərnişin yüngül xəsarət alıb. Sərnişinlərdən biri nisbətən ağır yaralanıb. Məlumata görə, avtobusun sınmış şüşələri 14 yaşlı sərnişinin boğaz və əlini kəsib.

Hadisə yerinə təcili yardım gəlib.

XƏBƏR LENTİ