Bakıda məşhur mağaza yanır - Video

Bakıda məşhur mağaza yanır - Video
SOSİAL
10:39 23.06.2019
12478
Bakının Nizami rayonu ərazisində, metronun "Neftçilər" stansiyasının yaxınlığında yerləşə "X-Lady" ticarət obyektində güclü yanğın baş verib.

AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin 10-dan çox texnikası cəlb olunub.

Hazırda alovun söndürülməsi işləri davam etdirilir.

Hadisə ilə əlaqədar operativ qərargah yaradılıb.

Ticarət obyektinin yerləşdiyi Məhəmməd Hadi küçəsi nəqliyyatın hərəkəti üçün bağlanıb.

Əlavə məlumat veriləcək.
 

OXŞAR XƏBƏRLƏR