05:38 çərşənbə, 24 Iyul 2019
SOSİAL

Bakıda dəhşətli intihar - Avropa çempionumuz özünü 4-cü mərtəbədən atdı

23:54, 09.07.201943826
Bakıda dəhşətli intihar - Avropa çempionumuz özünü 4-cü mərtəbədən atdı
Avropa çempionu olan gimnastımız intihar edib.
 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsində baş verib.

2001-ci il təvəllüdlü Məmmədzadə Aynur Əfqan qızı yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. A.Məmmədzadə xəstəxanada dünyasını dəyişib.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Qeyd edək ki, A.Məmmədzadə prezident mükafatçısıdır və akrobatika üzrə dörtqat Avropa çempionudur.

XƏBƏR LENTİ