Bakıda dəhşətli qəza baş verən yerdən yeni görüntülər - VİDEO

Bakıda dəhşətli qəza baş verən yerdən yeni görüntülər - VİDEO
SOSİAL
11:13 13.10.2021
1276
Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən dəhşətli qəzanın yeni görüntüləri yayılıb. 

Videoda avtobusun aşması və kənarda bir neçə şəxsin meyitinin olması əks olunub. 

Hadisə yerinə hüquq-mühafizə, təcili tibbi yardım, yol və post patrul xidmətlərinin, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. 

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verib.

Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı "Mercedes” markalı yük avtomobili "Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH-116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. Nəticədə 5 nəfər ölüb, xəsarət alan 21 nəfər xəstəxanaya çatdırılıb.

Qəzanın yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulamasının səbəb olduğu bildirilib.

Yük avtomobilinin sürücüsü, 2002-ci il təvəllüdlü, Qobustan rayon sakini Əzizov Mahmud Babagözəl saxlanılıb. 
 

 

OXŞAR XƏBƏRLƏR