Bakıda dəmiryol vağzalında xoşagəlməz anlar yaşanıb. Sərnişinlərin AZXEBER.COM-a verdiyi məlumata görə, bölgələrə səfər etmək istəyən insanlar, kassalardan bilet almaqda çətinlik çəkiblər. Belə ki, kassaların işləməməsi insanlar arasında narazıçılığa səbəb olub. Saatlarla kassa qarşısında gözləyən şəxslər sonda məkanı tərk edərək geri qayıdıblar.
Məsələni araşdırmaq üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin Daşınması Departamenti ilə əlaqə saxladıq. Departamentin rəisi Elyar Muradov AZXEBER.COM-a açıqlamasında problemin texniki nasazlıqla əlaqədar olmadığını bildirib:
“Kassalarımızda heç bir problem yoxdur. Sadəcə bir neçə saatlıq profilaktik təmir işləri aparılırdı. Səhər saatlarında sərnişin az olduğu üçün bu işi həmin saatlarda aparmağı uyğun bildik. Bu səbəbdən bu gün, təqribən, səhər saat 9-un yarısından 11-ə qədər kassalar işləmədi. Artıq kassaların fəaliyyəti bərpa edilib və heç bir problem yoxdur.”
Ozal İbrahimli
Ceyhun