Bakıda ər arvadını küçədə bıçaqladı

KRİMİNAL
12:05 18.01.2014
2202
Ağır yaralanmış qadın xəstəxanaya yerləşdirilib.
Ər-arvad küçədə mübahisə ediblər.
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, yanvarın 17-də X.Ələkbərov küçəsində Bakı şəhər sakini Rəhman Süleymanov qısqanclıq zəminində arvadı Rəsmiyyə Talıbovanın döş qəfəsindən bıçaq xəsarəti yetirib.
Ər-arvad küçədə mübahisə ediblər. Elə bu zaman 35 yaşlı R.Süleymanov arvadını bıçaqlayıb. Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları R.Süelymanovu yaxalayıb.
Ağır yaralanmış qadın xəstəxanaya yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR