Bakıda evdə yanğın: Ər və arvad xəsarət aldı

Bakıda evdə yanğın: Ər və arvad xəsarət aldı
SOSİAL
10:31 22.03.2021
405
Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 600 kvadratmetr olan üçmərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 200 kvadratmetr sahədə yanıb.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın zamanı ev sahibi və onun həyat yoldaşı müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR