Qaradağda daş karkanasında maşın təmir edən şəxs avtomobilin altında qalıb
Bakıda bədbəxt hadisə faciəyə yol açıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Şərur rayon sakini Qadir Qafarov hündürlükdən yıxılıb. Hadisə Nərimanov rayonu Z.Bünyadov prospektində yerləşən “Bakı Polad Əritmə” zavodunda qeydə alınıb.Orada fəhlə işləyən Şərur rayon sakini Qadir Qafarov ehtiyatsızlığı nəticəsində sexin damından yıxılaraq ölüb.Daşkəsən sakini isə avtomobilini təmir edən şəxs maşının altında qalıb. Bədbəxt hadisə Qaradağ rayonu Qızıldaş qəsəbəsinin ərazisində yerləşən daş karxanasında olub. Daşkəsən rayon sakini Arif Məmmədov “KamAZ” markalı avtomobilini təmir edərkən onun altında qalaraq ölüb.