Bakıda gənc qızı avtomobil vurdu

Bakıda gənc qızı avtomobil vurdu
SOSİAL
23:42 10.03.2021
536
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report” xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Bəhramova Albina Ruslan qızını vurub. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.
OXŞAR XƏBƏRLƏR