Bakıda güllələnən hər iki şəxsin son vəziyyəti AÇIQLANDI

Bakıda güllələnən hər iki şəxsin son vəziyyəti AÇIQLANDI
KRİMİNAL
11:54 16.10.2025
156
Bakıda güllələnən iki nəfərin vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AZXEBER.COM-a bildirilib ki, oktyabrın 16-da saat 07:00-da xəsarət alması səbəbilə 1995-ci il təvəllüdlü iki nəfər (kişi) Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlardan birinə sol budun sınığı, digərinə isə sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilib.

Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsinin Travmatologiya şöbəsində davam etdirilir. Onlardan birinin vəziyyəti stabil, digərinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR