Bakıda kişi hamilə həyat yoldaşını evdən qovub
AZXEBER.COM milli.az-a istinadən bildirir ki, 31 yaşlı Arzu adlı qadın artıq 10 gündür, Yasamal rayonu ərazisindəki parkda gecələyir. Qadının sözlərinə görə, həyat yoldaşı doğulacaq yeni körpənin ondan olmasına şübhə edərək xanımını evdən qovub. Çarəsiz vəziyyətdə qalan hamilə qadına zərbəni tək həyat yoldaşı yox, elə ailə üzvləri də vurublar. Valideynləri də gənc qadının hazırki vəziyyətini nəzərə almayıb və onu evə yaxın buraxmayıblar. Ailəsi, yaxınları tərəfindən rədd edilən qadına bu çətin vəziyyətdə Suraxanı rayonu 3 saylı doğum evinin həkimləri arxa durublar. Xəstəxanaya yerləşdirilən qadına lazımi yardım göstərilib. Geyimlə, yeməklə təmin olunub. Müayinə və müalicə edilib. Xəstəxanadan bildirildi ki, o hələ bir müddət həkim nəzarəti altında qalmalı olacaq.