Bakıda həbsxanada 2 məhkumu işgəncə ilə öldürdülər - ayaqlarını sındırdılar

Bakıda həbsxanada 2 məhkumu işgəncə ilə öldürdülər - ayaqlarını sındırdılar
KRİMİNAL
13:45 13.02.2016
6659

Fevralın 12-də Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində 2 məhkum döyülərək öldürülüb, digər 2 məhkum isə ölümcül halda Məhkumların Müalicə Müəssisəsinə aparılıb.

AZXEBER.COM xəbər verir ki, bu haqda “Yeni Müsavat”a daxil olan məlumatı öldürülən məhkumlardan birinin qardaşı Ramin İbrahimov təsdiqləyib: “Zəng edib dedilər ki, Nurani mədə ağrısından ölüb, meyiti morqdadır. Getdik gördük ki, onun ayaqları sındırılıb, dabanları qapqara idi. Ciyərini vurub partladıblar. Qardaşımın günahı olubsa, bunun üçün qanun var. Nəyə görə döyüblər? Niyə öldürüblər onu?”

Onun sözlərinə görə, qardaşı 1993-cü il təvəllüdlü Nurani İbrahimov 10 gün əvvələ qədər 2 saylı cəzaçəkmə müəssisəsində olub: “Ora Elçin Əlicanavov 10 gün əvvəl rəis təyin oliundu. Bundan sonra qardaşımı və daha 5 məhkumu “şestoy”a (6 saylı cəzaçəkmə müəssisəsinə) köçürdülər. Elçin Əlicanov bizə onları hara köçürdüklərini belə demədi. “Voronok”un (dustaq daşınan maşın) dalınca düşüb “şestoy”a gəlib çıxdıq. Orada rəis Əlidir. O dedi ki, heç bir problem yoxdur, hər şey yaxşıdır. Səhəri gün Nuraniyə yemək, paltar apardıq, qəbul eləmədilər. Dedilər ki, qəbul eləmirik. Bir də dünən axşamtərəfi 2 saylı müəssisəsinin əvvəlki rəisi Eyvaz müəllim zəng elədi ki, Nuranin mədəsində ağrı olub və ölüb. Getdik morqa. Gördük ki, ayağını sındırıblar. Ciyərini partladıblar. Dabanları qapqara idi, şişmişdi. Dəyənəklə ayağının altına vurublar, ayağını sındırıblar. Buna görə də biz meyiti morqdan 6 saylı müəssisəinin qabağına aparmaq istədik”.

R.İbrahimov deyib ki, digər öldürülən məhkumun meyiti Gəncəyə yola salınıb: “2 saylı müəssisəsdən “şestoy”a Nurani ilə birgə aparılan Sahib Abbasovu da döyüb öldürüblər. Onun meyitini Gəncəyə apardılar. O biri məhkumlar Elmirlə Tariyelin də vəziyyətləri ağırdır. Xəstəxanaya aparıblar. O biri 2 məhkumun kimliklərini, vəziyyətləri haqda xəbərim yoxdur”.

Penitensiar Xidmətin mətbuat xidməti bu haqda sorğunu cavablandırmaq istəməyib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
18:21 09.06.2026
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
18:10 09.06.2026
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda