Bakıda həftəsonu qanunsuz işləyən mikroavtobuslar peyda olub - Yol polisindən çağırış

Bakıda həftəsonu qanunsuz işləyən mikroavtobuslar peyda olub - Yol polisindən çağırış
SOSİAL
11:18 18.03.2021
703
Bakıda həftəsonları qanunsuz işləyən mikroavtobuslar peyda olub.

AZXEBER.COM-un məlumatına görə, bunu Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Trend-ə deyib.

V.Əsədov həmin mikroavtobusların qanunsuz fəaliyyət göstərdiyini vurğulayaraq insanları diqqətli olmağa çağırıb.

O qeyd edib ki, həmin hallar xüsusilə Bakı-Sumqayıt, Bakı-Abşeron istiqamətində müəyyən edilib. Onun sözlərinə görə, "20 Yanvar" dairəsində polis əməkdaşları bu halların qarşısını almaq üçün zəruri tədbirlər görür:

"Həmin mikroavtobuslar insanlarla əvvəlcədən sövdələşərək onları yığır və ara küçələrlə hərəkət edərək Sumqayıta və digər ərazilərə qanunsuz sərnişin daşıyırlar. Qanunsuz və gizli işlədikləri üçün yol-hərəkət qaydalarını da kobud şəkildə pozurlar və avtomobili təhlükəli sürürlər. İnsanları bu cür qanunsuz fəaliyyət göstərən mikroavtobuslardan istifadə etməməyə çağırıram".
OXŞAR XƏBƏRLƏR