05:33 Cümə Axşamı, 18 Iyul 2019
SOSİAL

Bakıda iki marşrut üzrə avtobusların hərəkət sxemi dəyişdirildi

21:55, 19.06.20194412
Bakıda iki marşrut üzrə avtobusların hərəkət sxemi dəyişdirildi
Bakı Nəqliyyat Agentliyi (BNA) 2 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edib. Bu barədə BNA-dan bildirilib.

Belə ki, Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksində sakinlərin sərnişindaşımaya olan təlabatlarının təmin edilməsi üçün 185 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib. Dəyişiklik sayəsində kompleks sakinləri Sabunçu rayon mərkəzi, Neftçilər metro stansiyası və 8-ci km bazarı istiqamətinə birbaşa müntəzəm marşrut xəttindən istifadə etməklə gedib-gələ biləcəklər.

Bununla yanaşı, 194 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Dəyişiklik Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yaşayan sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq edilib. Yeni hərəkət sxeminə əsasən, 194 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Dadaş Bünyadzadə küçəsindən keçməklə hərəkət edəcəklər. Bununla da qeyd edilən küçədə yaşayan sakinlərin sərnişindaşımaya olan təlabatı təmin ediləcək.

Hər iki dəyişiklik iyunun 22-dən qüvvədə olacaq
XƏBƏR LENTİ