Bakıda intihara cəhd edən şəxs insanlardan kreditini ödəmək üçün yardım istəyib

Bakıda intihara cəhd edən şəxs insanlardan kreditini ödəmək üçün yardım istəyib
Bütün Xəbərlər
09:30 22.08.2015
1434
Bakı şəhəri,Suraxanı rayonununYeni Günəşli qəsəbəsində intihara cəhd hadisəsi baş verib. 
“Report”un hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisə qəsəbənin “Q” massivinin 3 saylı binada baş verib. Belə ki, şəxsiyyəti məlum olmayan kişi binanın damına çıxaraq oradan özünü atmaq istəyib. Həmin şəxsaşağıda yığışan insanlardan ona banklara olan külli miqdarda borcunu ödəmək üçün köməklik göstərməyixahiş edib. Hadisə yerinə çatan Fövqəladə Hallar Nazirliyinin (FHN) və Təcili Tibbi Yardım Stansiyasınınəməkdaşları cəlb edilib.İntihara cəhd etmək istəyən şəxslə qısa söhbətindən sonra onu fikrindən çəkindirmək mümkün olub. Adı açıqlanmayan şəxsSuraxanı Rayon Polis İdarəsinin (RPİ) 33-cü Polis Bölməsinə aparılıb.
OXŞAR XƏBƏRLƏR