Bakıda iş adamı özünü yandırmaq istəyir - VİDEO

Bakıda iş adamı özünü yandırmaq istəyir -  VİDEO
Bütün Xəbərlər
12:10 05.02.2016
1300
“Mənim başqa yolum qalmayıb. Bütün hazırlıqlarımı görmüşəm, gedirəm. Özümü yandırmaq üçün əlimdə hər şey var. Uzağı 1 saata, 40 dəqiqəyə gedib özümü yandıracağam”. AZXEBER.COM xəbər verir ki, bu sözləri “Yeni Müsavat” əməkdaşına Qarabağ veteranı, “Amal-D” MMC şirkətinin rəhbəri olan sahibkar Dönməz Abutalıb oğlu Məmmədov deyib.
Son dərəcə əsəbi, gərgin olan sahibkar deyib ki, artıq dözümü qalmayıb: “Üstümə benzin töküb gəlirəm Bakıya. Özümü yandırmazdan əvvəl sizə zəng vuracağam. Çəkin və hamıya göstərin ki, sahibkar haqsızlığa dözməyib özünü yandırır. Mənim bir sahibkar kimi başqa yolum qalmayıb. Gürcüstana keçib aclıq etdim. Geri çağırdılar. Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində 2 maddə ilə cinayət işi başlayıblar. Ölümə təhdid və korrupsiya ilə bağlı. Yanvarın 2-də marşurutumu qərarla özümə qaytardılar. Son günlər mənə təzyiq göstərirlər ki, get istintaqda ifadələrini dəyiş. Mən də getmədim. Mənə təzyiqlər var. Artıq bezmişəm. Bu gün səhər tezdən dövlət başçısına, baş prokurora teleqram vurdum. Uzağı 40 dəqiqəyə qədər – Prezident Adminstrasiyasınınmı, alınmasa baş Prokurorluğun və ya hansasa səfirliyin qarşısında özümü yandıracağam”.
Sahibkar ona təzyiq edənlərin bağlı bunları deyib: “Sahibkar kimi bezar oldum. Bu qədər haqsızlıq olmaz. 1 ildir ki, işimi əlimdən almaq üçün başıma açmadıqları oyun qalmadı. Dövlət Avtomobil Nəqliyyatı Xidməti, 8 saylı Regional şöbəsi və bir keçmiş MTN-çi Vüqar məndən əl çəkmirlər. Mənim qanım bunların üzərindədir”.
Qeyd edək ki, Dönməz Məmmədov Azərbaycanda ona edilən təzyiqlər səbəbindən ölkəni bir neçə dəfə tərk edib, Gürcüstana aclıq aksiyaları keçirməklə ona edilən təzyiqlərə diqqət çəkib. Dönməz Məmmədov ölkəyə qayıtdıqdan sonra onun şirkətinə məxsus Bakı-Saray-Sumqayıt xətti üzrə işləyən 501 nömrəli marşrut avtobusları Nəqliyyat Departamentinin cərimə meydançasından buraxılıb, sürücülər eyni xətt üzrə fəaliyyətlərinə davam ediblər. Bir sözlə, Dönməz Məmmədovun şikayəti təmin olunub və 501 nömrəli marşrut xətti bərpa edilmişdi...
Qeyd edək ki, reportyorumuz D.Məmmədovla əlaqə saxlayıb. Dönməz Məmmədov intihar fikrindən dönməyəcəyini deyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik