04:04 Bazar Ertəsi, 23 Iyul 2018
SOSİAL

Bakıda itkin düşmüş qadının meyiti tapıldı

11:39, 17.04.20185035
Bakıda itkin düşmüş qadının meyiti tapıldı
Bakıda itkin düşmüş qadının meyiti tapılıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, aprelin 8-də itkin düşmüş Səbinə Bünyatovanın meyiti 8 gün sonra Səbail rayonu, Şıx çimərliyində aşkarlanıb.

İlkin ehtimala görə, o, intihar edib.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Qeyd edək ki, 1973-cü il təvəllüdlü Səbinə Bünyatova aprelin 8-də Səbail rayonunda yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bundan sonra onun yaxınları qadının itkin düşməsi barədə polisə məlumat vermişdi.
XƏBƏR LENTİ