Xəbət verdiyimiz kimi, bu gün Bakıda intihar olub.
AZXEBER.COM xəbər verir ki, Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, 7-ci mikrorayon sakini, 1960-cı il təvəllüdlü Ramiz Xudaverdi oğlu Quliyev yaşadığı binanın 8-ci mərtəbəsindən özünü atıb.
O, yerindəcə ölüb.
R.Quliyev keçmiş polis əməkdaşıdır, Nizami Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin rəis müavini olub.
İntiharın səbəbləri araşdırılır.
AZXEBER.COM "teleqraf.com"a istinadən həmin görüntüləri təqdim edir: