10:13 Cümə Axşamı, 12 Dekabr 2019
KRİMİNAL

Bakıda kriminal avtoriteti öldürən şəxs hakim qarşısına çıxarılır

12:22, 03.07.20195758
Bakıda kriminal avtoriteti öldürən şəxs hakim qarşısına çıxarılır
Bakıda iki nəfəri güllələməkdə təqsirləndirilən Zaur İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AZXEBER.COM APA-ya istinadla xəbər verir ki, Z. İsmayılovun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinbə göndərilib.

Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə 2018-ci il dekabrın 27-də paytaxtın Nizami rayonu ərazisində baş verib.

Bakı şəhər sakini Zaur İsmayılov odlu silahdan açdığı atəşlə "Hyundai” markalı avtomobili idarə edən Tural Babayevə və sərnişini Asif Bağırova xəsarət yetirib. 

Onu da qeyd edək ki, cinayətin kriminal hesablaşma olduğu, ölən şəxsin isə avtoritet olduğu bildirilib.

Ona Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham verilib. 
XƏBƏR LENTİ