Bakıda ‘Marketing Kingdom’ konfransı keçirildi - FOTOLAR

Bakıda ‘Marketing Kingdom’ konfransı keçirildi -  FOTOLAR
İQTİSADİYYAT
17:36 11.04.2014
2043

“Nar Mobile” mobil operatorunun baş sponsoru olduğu beynəlxalq görüş

“Fairmont Baku” otelində iki gün davam etdi

Aprelin 10-da “Fairmont Baku” otelində dünyanın ən tanınmış marketoloqlarının iştirakı ilə “Marketing Kingdom” konfransı öz işinə başladı. “Nar Mobile” mobil operatorunun baş sponsorluğu ilə təşkil edilən ikigünlük beynəlxalq tədbir zamanı marketinq mütəxəssislərinin keçirdiyi biri-birindən fərqli və rəngarəng təqdimatlar ölkənin marketinq mütəxəssisləri tərəfindən böyük maraqla qarşılanıb.

Bölgədə təşkil edilən ən möhtəşəm marketinq tədbiri olma özəlliyinə sahib “Marketing Kingdom” düşüncə platformunda Meri Co Cakobi, Sebastyan Mikotsi, Hyubert Qreyliş, Riçard Byumont kimi görkəmli marketoloqlar iştirak edərək öz təcrübələrini bölüşüb, “BP America”, “Royal Dutch Shell”, “Lehman Brothers”, “HSBC”, "Pepsi Co", “Philips” və “Rolls Royce” kimi dünyanın aparıcı ticarət nişanlarının marketinq strategiyası və dünyada olan tendensiyalardan bəhs etmişdilər. Məruzəçilər arasında “Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknilinin təqdimatı xüsusi maraq doğurmuşdu.

Qeyd edək ki, Azərbaycanda ikinci dəfə təşkil edilən tədbir "P World" beynəlxalq agentliyi tərəfindən keçirilir. "Nar Mobile" mobil operatoru tədbirin “platin” sponsoru, "PAŞA Bank" isə “gold” sponsorudur. Hər il dünyanın 5 ölkəsində keçirilən "Marketing Kingdom" Avropanın ən böyük marketinq tədbiri hesab edilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
15:14 04.08.2025
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
15:09 04.08.2025
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"