Bakıda marketlərdən oğurluq edən 2 şəxs saxlanıldı

Bakıda marketlərdən oğurluq edən 2 şəxs saxlanıldı
KRİMİNAL
15:03 17.07.2025
298
Marketlərdən oğurluq edən 2 şəxs saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, paytaxtın Nizami və Səbail rayonları ərazisində yerləşən marketlərdən oğurluqlar edilib və nəticədə zərərçəkənlərə ümumilikdə 943 manat maddi ziyan vurulub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - 38 yaşlı Q.Məmmədov və 66 yaşlı M.Nəbiyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR